Gəncə sakininin pulu mənimsənilib

Gəncə sakininin pulu mənimsənilib
# 11 noyabr 2014 14:24 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakinini aldadaraq pulunu mənimsəyiblər.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Ülfət Axundov idarəyə ərizə ilə müraciət edərək bildirib ki, bu ilin avqust ayında Mirdamət adlı şəxs işə düzəldəcəyi vədi ilə onun 8900 (səkkiz min doqquz yüz) manat pulunu alıb. Lakın Mirdamət onu işə düzəltməyərək pulunu da qaytarmayıb.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR