Nazir: “İnternet infrastrukturunun genişləndirilməsi üçün artıq büdcə vəsaitİ tələb olunmur”

Nazir: “İnternet infrastrukturunun genişləndirilməsi üçün artıq büdcə vəsaitİ tələb olunmur”
# 28 avqust 2015 12:02 (UTC +04:00)

APA-nın qərb bürosunun məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Gəncədə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu gün nazirliyin əsas siyasəti internet infrastrukturunu rayon mərkəzlərindən kəndlərə doğru aparmaqdır: “Çox yaxşıdır ki, bu gün kəndlərdə də internet istifadəçilərinin aktivliyi çoxdur. Onların internet xidmətlərini ödəmə qabiliyyətləri də yüksəkdir. Əsas problem ucqar dağ kəndlərinə internetin çəkilməsi ilə bağlı olur ki, oraya da investisiya qoyuluşu lazım gəlir”.


Ə. Abbasovun sözlərinə görə, kredit götürülərək kəndlərə qədər internetin infrastrukturunun genişləndirilməsi istiqamətində işlər aparılır. Bu layihələrin hamısının rentabelli olduğunu söyləyən nazir, gəlirlərin hesabına kredit borclarının ödənildiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR