Misirdə törədilən partlayış nəticəsində 5 nəfər xəsarət alıb

Misirdə törədilən partlayış nəticəsində 5 nəfər xəsarət alıb
# 06 aprel 2015 20:48 (UTC +04:00)

Bakı-APA. Misirin cənubunda törədilən partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Asuan şəhərində qeydə alınıb.

Məlumata əsasən, əldəqayırma partlayıcı qurğu şəhər stadionunun yaxınlığında işə düşüb. Yaralananlardan birinin uşaq olduğu bildirilir.

Qeyd edək ki, aprelin 5-də paytaxt Qahirədə törədilmiş partlayış nəticəsində bir polis əməkdaşı ölmüş, daha 2 nəfər yaralanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR