Səfir: "Azərbaycanda iranlılara viza aeroportda və quru sərhəd keçid məntəqələrində veriləcək"

Səfir: "Azərbaycanda iranlılara viza aeroportda və quru sərhəd keçid məntəqələrində veriləcək"
# 28 iyul 2016 16:09 (UTC +04:00)

Bakı - APA-Economics. "Güman ki, Azərbaycana gələn İran vətəndaşlarına viza hava limanlarında və quru sərhəd keçid məntəqələrində veriləcək".

"APA-Economics" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin IRNA agentliyinə müsahibəsində deyib.

"Artıq uzun illərdir Azərbaycan vətəndaşlarının İrana səfər üçün viza almasına ehtiyac yoxdur. Buna görə də, hər il 1 milyondan artıq Azərbaycan vətəndaşı səyahət, ziyarət və müalicə məqsədilə İrana, xüsusilə 4 həmsərhəd vilayətə səfər edir. Gələn iki ay ərzində İran vətəndaşlarının da viza probleminin həll olunacağı gözlənilir. Güman ki, İran vətəndaşlarına viza hava limanlarında və quru sərhəd keçid məntəqələrində veriləcək. Hazırda Azərbaycanın Tehran və Təbrizdəki nümayəndəliklərində İran vətəndaşlarına operativ şəkildə viza verilir. Keçən il 2000-ə yaxın iranlı Azərbaycana səfər etdiyi halda, bu il Novruz bayramı günlərində təxminən 45 min İran vətəndaşı Azərbaycanda olub. İran xəstəxanaları da Azərbaycandan tibbi turizm məqsədilə gələn insanları qəbul edir. Yüksək keyfiyyətli müalicə, aşağı qiymətlər və səfər yolunun qısalığı Azərbaycan vətəndaşlarını İrana gəlməyə həvəsləndirən əsas amillərdir", - deyə səfir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR