Bank Of Baku

Dələduzluqda təqsirləndirilən keçmiş MTN əməkdaşına hökm oxunub

Dələduzluqda təqsirləndirilən keçmiş MTN əməkdaşına hökm oxunub
# 10 iyul 2018 10:37 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş MTN zabiti Elçin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

APA-nın xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə vəkil çıxış edərək müvəkkili barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

 

Keçmiş MTN zabiti son sözündə vəkili ilə razı olduğunu deyib.

 

 

Daha sonra prosesdə hökm oxunub, Elçin Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib

 

 

Xatırladaq ki, prokuror E.Əhmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Qeyd edək ki, E.Əhmədov vətəndaşları dövlət orqanlarında işə düzəldəcəyi vədini verərək, onların ümumilikdə 50 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

 

 

E.Əhmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin zabiti olub, sonradan işdən çıxarılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR