Sumqayıtda məhkəmə kompleksinin təməli qoyulub

 Sumqayıtda məhkəmə kompleksinin təməli qoyulub
# 11 iyul 2015 07:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Dünya Bankı ilə birgə həyata keçirilən "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində Sumqayıt şəhərində 5 məhkəmənin yerləşəcəyi müasir məhkəmə kompleksinin təməlqoyma mərasimi keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Sumqayıt Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Dünya Bankının təmsilçisi, habelə hakimlər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, inşa olunacaq məhkəmə kompleksinin ümumi sahəsi 1.25 hektardır. Bina 5 mərtəbədən və zirzəmidən ibarət olmaqla müasir milli memarlıq üslubunda layihələndirilib. Digər yeni məhkəmə binalarında olduğu kimi, bu kompleks də ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio- və video, "elektron məhkəmə" informasiya sistemləri və digər zəruri infrastruktur quraşdırılacaq.

Tədbir iştirakçıları Sumqayıt Məhkəmə Kompleksinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olub, kompleksin təməli qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR