Azərbaycanda Ukrayna vətəndaşından külli miqdarda narkotik götürülüb

Azərbaycanda Ukrayna vətəndaşından külli miqdarda narkotik götürülüb
# 01 aprel 2015 12:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ukrayna vətəndaşı tutulub.


APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Ukrayna vətəndaşı, 1963-cü il təvəllüdlü İsayev Vidadi Məbud oğlu saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 5 kiloqram narkotik vasitə aşkar edilib.

V.İsayevin barəsində həbs-qətimkan tədbiri seçilib, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR