Azərbaycan MN: Ermənilər sutka ərzində atəşkəs rejimini 37 dəfə pozublar

Azərbaycan MN: Ermənilər sutka ərzində atəşkəs rejimini 37 dəfə pozublar
# 04 iyul 2014 07:17 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şurabad, Nəmirli, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR