TRACECA dəhlizi ilə yükdaşımalar 12% azalıb

TRACECA dəhlizi ilə yükdaşımalar 12% azalıb
# 10 iyun 2016 15:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 15 mln. 707,4 min ton, yük dövriyyəsi isə 3044,8 mln. ton - km olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 10090,7 min tonu və ya 64,2%-i avtomobil nəqliyyatı, 4233,2 min tonu və ya 27,0%-i dəmir yolu nəqliyyatı, 1383,5 min tonu və ya 8,8%-i dəniz nəqliyyatı ilə daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 12,3% azalma müşahidə edilib.

Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 24,6% və 43,9%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7% artıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,4%-ni və ya 2261,9 min tonunu tranzit yüklər təşkil edib.

2016-cı ilin yanvar-aprel aylarında dəhliz vasitəsilə 109,7 mln. sərnişin daşınıb, sərnişin dövriyyəsi 2211,9 mln. sərnişin-km olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 2,2%, sərnişin dövriyyəsi isə 1,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR