Azərbaycanda fermerlərə verilən subsidiyanın məbləği 50 manatdan 80 manata qaldırılır

 Azərbaycanda fermerlərə verilən subsidiyanın məbləği 50 manatdan 80 manata qaldırılır
# 15 oktyabr 2014 09:58 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bu barədə Maliyyə Nairliyinin açıqladığı 2015-ci ilin dövlət və icmal büdcələrinin təqdimatında bildirilir.

Sənəddə bildirilir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılması və onlara dövlət tərəfindən maliyyə dəstəyinin daha da artırılması və genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə yardımın ödənilməsi və kənd təsərrüfatı məhsullarının istehsalçılarının istifadə etdikləri mineral gübrələrin dəyərinin 50 manatdan 80 manata çatdırılması məqsədi ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üçün 2015-ci il dövlət büdcəsində 186,2 mln. manat vəsait nəzərdə tutulub. Bu, 2014-cü illə müqayisədə 55,2 mln. manat və yaxud 42,1% çoxdur.

Xatırladaq ki, Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli qərarına əsasən “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına orta hesabla 50% güzəştlə satılacaq mineral gübrələrin miqdarı hər hektar əkin sahəsinə görə 300 kiloqram, və ya onun dəyərinin yuxarı həddi 50 manata qədər müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR