Nazir: "Azərbaycanda 70-dən çox məhkəmə hakimi məhkəmə sistemindən kənarlaşdırılıb"

Nazir: "Azərbaycanda 70-dən çox məhkəmə hakimi məhkəmə sistemindən kənarlaşdırılıb"
# 21 may 2015 09:57 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun “Azərbaycan” qəzetində nəşr olunan məqaləsində qeyd olunub. Bildirilib ki, ötən illərdə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər barədə 192 intizam icraatı başlanılıb, vətəndaşların haqlı şikayətlərini doğuran kobud pozuntulara yol verdiklərinə və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Bundan əlavə, aşkarlanan korrupsiya hüquqpozmalarına görə 25 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən onlardan 6 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 4 nəfər aşağı vəzifəyə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR