Gəncədə 18 yaşlı oğlan bıçaqlanıb

Gəncədə 18 yaşlı oğlan bıçaqlanıb
# 15 mart 2015 14:02 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bıçaqlanma olub.

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü Rüstəm Ruzigar oğlu Sadıqov bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən 18 yaşlı oğlanın vəziyyətinin normal olduğu bildirilir.

Gəncin kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR