XİN: Allahşükür Paşazadənin Yəməndə baş verənlərlə bağlı fikirləri Azərbaycan Respublikasının rəsmi mövqeyini əks etdirmir

XİN: Allahşükür Paşazadənin Yəməndə baş verənlərlə bağlı fikirləri Azərbaycan Respublikasının rəsmi mövqeyini əks etdirmir
# 31 mart 2015 15:28 (UTC +04:00)

Bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Yəmən hadisələri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin söylədiyi fikirləri şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinə əsasən Azərbaycanda din dövlətdən ayrıdır. “Azərbaycan Respublikasının xarici siyasət məsələləri ilə əlaqədar rəsmi mövqeyi Azərbaycan Respublikasının Prezidenti və Xarici İşlər Nazirliyi tərəfindən ifadə olunur”, - deyə Hikmət Hacıyev bildirib.

Xatırladaq ki, Yəməndəki hadisələrlə bağlı çıxışında A.Paşazadə ərəb dövlətlərinin Fələstin məsələsində İsrailə qarşı həmrəylik nümayiş etdirə bilmədiyindən, amma Ərəb Ölkələri Liqasının Yəməndəki müxalif qüvvələrə qarşı koalisiya yaratdığından təəssüf hissi keçirdiyini deyib. “Bütün bunlar çox təəssüf ki, məzhəb ayrı-seçkiliyinin əlamətidir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR