Bakıda 67 yaşlı qadın özünü 5-ci mərtəbədən atıb

Bakıda 67 yaşlı qadın özünü 5-ci mərtəbədən atıb
# 03 iyun 2016 08:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda intihar hadisəsi baş verib.

Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə dünən Hüseyn Cavid prospektində qeydə alınıb. Həmin ünvanda yaşayan Nina Aleksandrovna Muradova yaşadığı binanın beşinci mərtəbəsindən özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR