Bakıda Azərbaycan-Makedoniya işgüzar görüşü keçirilir - FOTO

Bakıda Azərbaycan-Makedoniya işgüzar görüşü keçirilir - <span style="color: red;">FOTO
# 19 aprel 2013 09:31 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan-Makedoniya işgüzar görüşü ilk dəfədir keçirilir: «Azərbaycan istənilən Avropa ölkəsi ilə, o cümlədən Makedoniya ilə iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Bu cür görüşlərin keçirilməsi müsbət nəticələrə səbəb olacaq. Ölkələr arasında siyasi sahədə əlaqələr çox yüksək səviyyədədir. İqtisadi sahədə də əlaqələr inkişaf edir. Bu əlaqələrin daha da inkişaf etməsi üçün lazımi hüquqi bazanın yaradılması vacibdir ki, bu gün də iki ölkənin hökumətləri arasında sərmayələrin təşviqi və qorunması sahəsində saziş imzalanacaq».


Nazirin sözlərinə görə, sənədin imzalanması iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına və ticarət dövriyyəsinin artmasına gətirib çıxaracaq.


Öz növbəsində N.Qruevski bildirib ki, Makedoniya Azərbaycanla iqtisadi sahədə əlaqələrin inkişafında maraqlıdır. Ölkəsinin iqtisadiyyatı və biznes mühiti barədə məlumat verən baş nazir qeyd edib ki, Makedoniyada dividend ödəməyən və həmin vəsaitin şirkətin sonrakı inkişafına yönəldən sahibkarlar vergidən azad olunub: «Makedoniyanın böyük turizm potensialı mövcuddur. Biz turizmin inkişafı üçün dövlətə məxsus torpaqları sahibkarlara 1 kv. metrini 1 avroya satırıq. Ölkənin əsas problemi işsizliyin 30% olmasıdır».


Tədbirdə hər iki tərəfdən kənd təsərrüfatı, qida, tikinti, səhiyyə, İKT və digər sahələrdə çalışan sahibkarlar iştirak edir.


Forumda həmçinin Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan, Makedoniyanın baş nazirinin müavini Vladimir Pesevski, Makedoniyanın xarici investisiyalar üzrə naziri Bill Pavlevskin, Makedoniyanın iqtisadiyyat nazirinin müavini Hristiyan Delevin ölkələrinin investisiya mühiti və biznes imkanları haqqında təqdimatla çıxış ediblər.


Görüşdə Makedoniyanın biznes və investisiya imkanlarına dair təqdimat keçirilib və iş adamlarını maraqlandıran suallar cavablandırılıb. Tədbir iki ölkənin iş adamları arasında görüşlərlə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR