Sabah Azərbaycan ərazisində yağış yağacağı gözlənilir

Sabah Azərbaycan ərazisində yağış yağacağı gözlənilir
# 04 oktyabr 2015 10:15 (UTC +04:00)

Bakı-APA. Sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 16-19, gündüz 22-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR