YAP rəhbərliyi Türkiyənin Bakıdakı səfirliyində olub

YAP rəhbərliyi Türkiyənin Bakıdakı səfirliyində olub
# 01 iyul 2016 16:20 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov İstanbulun Atatürk hava limanında törədilmiş və çoxsaylı insan ölümünə səbəb olmuş terror aktı ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində olub, Türkiyə xalqına başsağlığı diləyib.

YAP-dan APA-ya verilən məlumata görə, partiya adından səfirlikdə terror qurbanlarının xatirəsinə əklil qoyulub.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunla görüşən Əli Əhmədov bu qanlı terror hadisəsinin bütün Azərbaycan xalqı kimi, Yeni Azərbaycan Partiyasının çoxminli üzvləri tərəfindən də kəskin pislənildiyini bildirib. O qeyd edib ki, Azərbaycan prezidentinin də bəyan etdiyi kimi, xalqımız Türkiyə ilə hər zaman bir yerdədir, bu gün də türk xalqının acısını böyük kədər hissi ilə bölüşür.

İ. A. Coşkun bu ağır günlərdə gösərilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib. O bildirib ki, hər dəfə Azərbaycan dövləti və xalqı Türkiyə ilə həmrəyliyini ən güclü şəkildə nümayiş etdirir: “Prezident İlham Əliyevdən aldığımız başsağlığı məktubu, eyni zamanda, qardaş Azərbaycan xalqının göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir”.

Ə. Əhmədov terror aktı ilə əlaqədar səfirlikdə açılmış xatirə kitabına ürək sözlərini yazıb.

YAP İcra katibinin müaviniləri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ziyarətdə iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR