Bakı. Türbət Bağırova - APA. “Rusiya Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşdiyi bir dövrdə Ermənistan və Azərbaycana silah-sursat tədarükündə pariteti saxlamağa çalışır”.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Aleksandr Fomin “İzvestiya” qəzetinə müsahibəsində deyib. O bildirib ki, Rusiya tərəflərə silah sistemlərinin satışı zamanı həm keyfiyyət, həm də kəmiyyət olaraq paritetin saxlanmasına çalışacaq.
A. Fomin qeyd edib ki, hərbi-texniki əməkdaşlığın əsas məqsədi qüvvələr balansını pozmağa yönəlməyib: “Paradoksal səslənsə də, əsas məqsəd konkret ölkə, region və bütovlükdə dünyada sülh və stabilliyin qorunub saxlanmasına yardım etməkdir”.