Azərbaycan səfiri etimadnaməsini Çexiya prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Çexiya prezidentinə təqdim edib
# 03 sentyabr 2014 07:24 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev etimadnaməsini Çexiya prezidenti Miloş Zemana təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, etimadnamənin təqdim edilməsi mərasimindən sonra F. Şəfiyevin M. Zemanla görüşü olub.

Görüşdə M. Zeman Çexiya ilə Azərbaycan arasında mövcud əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR