«Bank of Baku» yeni aksiya keçirir

«Bank of Baku» yeni aksiya keçirir
# 31 yanvar 2013 10:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Bank of Baku» ASC-nin «Bolkart»ın keçərli olduğu mağaza və ticarət mərkəzlərinin sayı 500-ü aşıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar «Bank of Baku» xüsusi «Sevdiyin brendlər Bolkartla» adlı promo aksiyasına start verib.

Aksiya çərçivəsində eyni zamanda «Bolkart»ın daha geniş təbəqəyə yayılması nəzərdə tutulub. Beləliklə dəyişdirilmiş şərtlərə görə, artıq arayışsız «Bolkart»ı təkcə ticarət mərkəzlərindəki xüsusi stendlərdən deyil, «Bank of Baku»nun bütün filiallarından əldə etmək mümkündür.

Eyni zamanda, bölgələrdə də nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə «Bolkart»ın keçərli olduğu mağazalar sırasına Sumqayıt, Lənkəran və Gəncədə yerləşən ticarət obyektləri də əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR