Türkiyədə terror aktı nəticəsində iki əsgər şəhid olub

Türkiyədə terror aktı nəticəsində iki əsgər şəhid olub
# 09 iyul 2016 13:23 (UTC +04:00)

Bakı - APA. Bu gün Türkiyədə terror aktı törədilib.

APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Mardində Cevizpınar Jandarma postu yaxınlığında içərisində bomba olan avtomobil partladılıb. Bununla yanaşı, post avtomatlardan atəşə tutulub. Nəticədə iki əsgər şəhid olub, 14 nəfər yaralanıb.

Hazırda terrorçuların saxlanılması üçün genişmiqyaslı əməliyyat həyata keçirilir.

Bu arada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı dünən Hakkarinin Şemdinli rayonunda hərbi hissəyə hücuma hazırlaşan 17 terrorçunun öldürüldüyü barədə məlumat yayıb. Vanın Başkale rayonunda da aparılan əməliyyat zamanı 2 terrorçu zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR