Sabirabad sakininin həyətində 130 çətənə kolu aşkarlanıb

Sabirabad sakininin həyətində 130 çətənə kolu aşkarlanıb
# 14 iyun 2016 23:02 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadın 29 yaşlı sakini narkotik tərkibli çətənə kolları becərdiyinə görə saxlanılıb.

Sabirabad polis şöbəsinin Qaragüney polis bölməsinin rəisi Aqil Sarıyevin APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, keçirdikləri “Xaş-Xaş 2016” əməliyyat tədbirləri planına uyğun Surxayoba kənd sakini, 1987-ci il təvəllüdlü Həşimov Şirxan İlham oğlunun yaşadığı evin həyətyanı sahəsindən 130 ədəd narkotik tərkibli çətənə kolları aşkar edib. Aqrotexniki ekspertizanın rəyinə görə, çətənə kolları aqrotexniki qaydada qulluq edilməklə becərilib.

Ş.Həşimov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR