“Azərsığorta” aktivlərini 15% azaldıb

“Azərsığorta” aktivlərini 15% azaldıb
# 07 aprel 2015 14:05 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azərsığorta” Dövlət Sığorta Şirkəti ötən il aktivlərini azaldıb.

APA-Economics” şirkətin saytından yer alan hesabata əsasən xəbər verir ki, “Azərsığorta”nın məcmu aktivləri 2013-cü il ilə müqayisədə 14,3% azalaraq 29 mln. 794,018 min manat olub.

Hesabat dövründə dövlət şirkətinin öhdəlikləri 26,1% azalaraq 18 mln. 858 min 825,98 manata çatıb.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı 7,1% artaraq 7,5 mln. manat, məcmu kapitalı isə 18,2% artaraq 10 mln. 935 min 211,63 manat təşkil edib.

2014-cü ildə “Azərsığorta”nın bölüşdürülməmiş və xalis mənfəəti 61,9% artaraq 3 mln. 435 min 211,63 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR