Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu ilin ilk yarısında vətəndaşların 1.603 müraciətinə baxıb

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu ilin ilk yarısında vətəndaşların 1.603 müraciətinə baxıb
# 17 iyul 2014 07:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “2014-cü ilin birinci yarımili ərzində idarə tərəfindən vətəndaşların 1.603 müraciətinə baxılıb”. APA-nın məlumatına görə, bunu 2014-cü ilin I yarımili ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K. Əliyev bildirib ki, 169 cinayət xarakterli material araşdırılıb: “Həmin materialların 53%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib. Hesabat dövründə idarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 2.864 müraciət daxil olub. Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində daxil olmuş müraciətlərin əksəriyyətinin müsbət həll olunması təmin edilməklə, vətəndaşların pozulmuş hüquqları bərpa edilib, aşkarlanmış qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib, həmçinin müraciətlərin 9-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR