APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi çıxış edib.
O qeyd edib ki, Ukraynada ümumiyyətlə belə növ silah yoxdur.
Xatırladaq ki, Küveytdə həbs olunan terrorçu Üsamə Həyat İŞİD üçün silahı Ukraynada aldığını bəyan edib. O bildirib ki, silahın Suriyaya daşınması Türkiyə vasitəsi ilə baş tutub.