Bakıda baş verən yol qəzasında 3 nəfər yaralanıb

Bakıda baş verən yol qəzasında 3 nəfər yaralanıb
# 09 mart 2013 08:52 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda ağır yol qəzası baş verib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Samir Fərzəliyevin idarə etdiyi 90 LN 103 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobillə 1992-ci il təvəllüdlü Yadulla Nağızadənin idarə etdiyi 90 VH 228 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü və “VAZ-2107”də olan sərnişin, 1968-ci il təvəllüdlü Sevinc Məmmədova ağır xəsarət alıblar. Xəsarət alan hər üç şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR