Samuxda kafedən oğurluq edən şəxs tutulub

Samuxda kafedən oğurluq edən şəxs tutulub
# 23 iyun 2016 11:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Samux rayonunda kafedən oğurluq edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 21-də rayon sakini Fizulət Hüseynovaya məxsus kafedən 80 manat, qızıl və məişət əşyaları oğurlamış Gəncə şəhər sakini Samir Əsədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR