Qətl törədən keçmiş məhkuma hökm oxunub

Qətl törədən keçmiş məhkuma hökm oxunub
# 30 sentyabr 2015 10:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elşad Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə E. Mustafayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı şəhər sakini, əvvəllər beş dəfə məhkum olunmuş 1966-cı il təvəllüdlü Elşad Əlikram oğlu Mustafayev aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1986-cı il təvəllüdlü Namiq Arif oğlu Əliyevi bıçaqlayaraq öldürüb.

Rayon polis idarəsi və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Elşad Mustafayev tutulub. O, istintaqa verdiyi ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, cinayət hadisəsi namus üstündə törədilib. Elşad Mustafayevin qardaşı bir müddət əvvəl vəfat edib. Öldürülən Namiq Əliyev onun mərhum qardaşının dul qalan arvadı ilə intim münasibət qurub. Elşad Mustafayev bundan xəbər tutub və cinayət hadisəsini törədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR