Bakıda Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının IV keçirilib

Bakıda Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının IV keçirilib
# 06 oktyabr 2014 08:52 (UTC +04:00)

Bakı - APA-Economics. Bakıda Azərbaycan-Türkmənistan Ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının IV keçirilib.

APA-Economics” Türkmənistan XİN-in yaydığı məlumata istinadən xəbər verir ki, iclas Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və onun türkmənistanlı həmkarı Sapardurdı Toylıyevin rəhbərliyi ilə keçirilib.

İclas çərçivəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair bir sıra məsələlər müzakirə olunub. Əsasən fikir mübadiləsi ticari-iqtisadi, yanacaq-energetika, nəqliyyat, elm-təhsil, turizm və digər sahələr üzrə aparılıb.

İclasın sonundan yekun protokolu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR