Bankomatdan pul oğurlamağa cəhd edən dəstə üzvlərinin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

Bankomatdan pul oğurlamağa cəhd edən dəstə üzvlərinin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb
# 02 aprel 2015 08:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində bankomatdan pul oğurlamağa cəhd etməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası aprelin 6-na təyin edilib.


Qeyd edək ki, Beynəlxalq Banka məxsus bankomatdan oğurluğa cəhd göstərmiş Bilgəh qəsəbə sakinləri Məhərrəm Alırzayev, Elnur Tahirov və qardaşı Tahir tutulub.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Qaz İstismar Sahəsinin otağından qapını sındırmaq yolu ilə "Modemis" MMC-yə və "Komtek LTD" MMC-nə məxsus "Paypoint" ödəniş aparatlarını və 4 saylı Qaz İstismarı Sahəsinin inzibati binasından pəncərədən girmək yolu ilə "Voys" şirkətinə məxsus "Paypoint" ödəniş terminalından 1592 manatı oğurlamaları, Binə qəsəbəsi Milli Aviasiya Akademiyasının qarşısındakı yeraltı keçiddə olan "Voys" şirkətinə məxsus "Paypoint" ödəniş terminalından isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib. Yuxarıda sadalanan cinayət əməllərində şübhəli bilinən Rahid Zamanov və Cəmil Ələkbərov da saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T. Tahirov 10 il, E. Tahirov 9 il, C. Ələkbərov 9 il , R. Zamanov 8 il, M. Alırzayev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR