Sabah Antalyada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin toplantısı keçiriləcək

Sabah Antalyada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin toplantısı keçiriləcək
# 27 avqust 2015 12:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Sabah Türkiyənin Antalya şəhərində Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin toplantısı keçiriləcək. APA-nın İhlas Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tanju Bilgiç Türkiyədə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, türkiyəli nazir Mövlud Çavuşoğlu toplantıya qatılmaq üçün Antalyaya gedəcək. Toplantının regional əhəmiyyətə malik olduğunu deyən mətbuat katibi Antalya görüşündə Aşqabad toplantısında verilən qərarların necə həyata keçirildiyinin müzakirə olunacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR