ABŞ-ın SSRİ-dəki səfiri Cek Metlok: “Bizim xidmətimiz SSRİ-nin dağılması ilə başa çatdı” - FOTOSESSİYA

ABŞ-ın SSRİ-dəki səfiri Cek Metlok: “Bizim xidmətimiz SSRİ-nin dağılması ilə başa çatdı” - <span style="color: red;">FOTOSESSİYA
# 02 aprel 2013 16:55 (UTC +04:00)

APA-nın Moskva müxbiri xəbər verir ki, tədbirdə SSRİ və Rusiyanın ABŞ-da və ABŞ-ın SSRİ və Rusiyada diplomatik nümayəndəliklərinin rəhbərləri olmuş şəxslər iştirak ediblər. Keçmiş diplomatlar Rusiya-ABŞ diplomatik münasibətlərinin keçdiyi inkişaf yollarından danışıblar.

1997-2001-ci illərdə ABŞ-ın Rusiyadakı səfiri olmuş Ceyms Franklin Kollinz bildirib ki, ABŞ və Rusiya dünyanın iki nəhəng ölkəsi olaraq hər zaman bir-biri ilə rəqabət aparıb: “Lakin hazırda iki ölkə birlikdə dünyanın bir çox qaynar bölgəsində bir məqsəd uğrunda mübarizə aparmalıdır. Dünyada baş verən proseslərin nəticəsi olaraq Rusiya və ABŞ dünya iqtisadiyyatı üzərində monopoliyalarını itirib. Biz bu gün Çin, Braziliya və CAR kimi ölkələrin sürətli iqtisadi inkişafını görürük. Ona görə də, indiki vəziyyətdə bir-biri ilə təkcə rəqabət deyil, əməkdaşlıq da iki ölkənin prioriteti olmalıdır” .

1991-92-ci illərdə Rusiyanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri olmuş Viktor Komplektov bildirib ki, hazırda iki ölkə arasında münasibətlərdə bir qədər durğunluq müşahidə olunur: “Bu, müxtəlif sahələrdə, digər ölkələrə və dünyanın qaynar nöqtələrində baş verən hadisələrə münasibətlərdə özünü göstərir. Lakin bütün bunlar keçicidir. Bu gün ABŞ və Rusiyanın Əfqanıstanda maraqları eynidir. Bu maraqları terrorizmə və narkotiklərə qarşı birgə mübarizə təşkil edir. Suriya münaqişəsinə münasibətdə isə ABŞ və Rusiya arasında fikir ayrılığı var”.

Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun direktoru Sergey Roqov isə Rusiya-ABŞ arasında “soyuq müharibə” bitdikdən münasibətlərin kəskinləşməsi dövrünün 2008-ci ilin avqust ayına təsadüf etdiyini söyləyib: “Gürcüstanla müharibə Rusiya-ABŞ arasında gərginliyə səbəb olmuşdu”.

1987-1991-ci illərdə ABŞ-ın SSRİ-də səfiri olmuş Cek Metlok özünü və həmkarlarını “soyuq müharibə”nin veteranları adlandırıb. O, SSRİ-nin dağılması ilə soyuq müharibənin də bitdiyini söyləyib: “Bizim xidmətimiz SSRİ-nin dağılması ilə başa çatdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR