“Akkord” nümayəndələri Qubada Soyqırımı Qurbanlarının məzarını ziyarət ediblər - FOTO

“Akkord” nümayəndələri Qubada Soyqırımı Qurbanlarının məzarını ziyarət ediblər - <span style="color: red;">FOTO
# 02 aprel 2013 15:49 (UTC +04:00)

Bakı-APA. 31 Mart “Azərbaycanlıların soyqırımı Günü” “Akkord Sənaye Tikinti İnvestisya Korporasiyası” ASC tərəfindən qeyd edilib. “Akkord”un İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, əvvəlki illərdə olduğu kimi, Korporasiyanın Direktorlar Şurasının qərarı ilə Korporasiya nümayəndələri bu il də Qubada - soyqırımı qurbanlarının məzarında yad ediblər. Korporasiyanın təşkil etdiyi ziyarət mərasiminə “Akkord”un dəstəyi ilə Pirşağı qəsəbəsində yerləşən 2 Saylı Xocalı məktəbinin müəllim və şagird kollektivi, şəhid ailələri, mətbuat nümayəndələri də qatılıb. Əyinlərində Korporasiyanın sifarişi ilə hazırlanmış “Stop genocide” yazılı gödəkcələr olan nümayəndə heyəti və Xocalı sakinləri soyqırımı qurbanlarının kütləvi məzarı önünə əklil və tər çiçəklər qoyublar. Tədbirdə çıxış edən “Akkord Sənaye Tikinti İnvestisya Korporasiyası” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyeva bu məzarlıqda uyuyan soyqırımı qurbanlarına, həmçinin taleyinə oxşar soyqırımı faciəsini yaşamaq yazılmış Xocalı şəhidlərinə rəhmət diləyərək bu ziyarətin xüsusi əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, bu cür tədbirlərin keçirilməsi Ermənistan adlı bir dövlətin, kin və nifrət duyğuları ilə qidalanan bir millətin qəsbkar siyasətinə, işğalçılıq niyyətlərinə, faşizm ideologiyalı sərsəm xülyalarından əl çəkməməsinə bir etirazdır.

Tədbirdə şəhid ailələrinin nümayəndələri də xatirələrini bölüşüb, yetişən nəslin tarixin bu acı səhifələrindən dərs çıxarmasının vacibliyini vurğulayıblar.

Ziyarət zamanı soyqırımı məzarlığını ilk dəfə ziyarət edənlərə faciənin tarixi barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR