Çin şirkəti məşhur London taksiləri istehsal edən şirkəti alıb

Çin şirkəti məşhur London taksiləri istehsal edən şirkəti alıb
# 02 fevral 2013 13:50 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Çinin “Geely” avtoşirkəti məşhur London taksiləri istehsal edən “Manganese Bronze” şirkətinə sahib çıxıb. APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, çinlilər 1948-ci ildən bəri London taksiləri buraxan şirkəti 11 milyon funt sterlinqə (17 milyon ABŞ dolları) alıblar. Bununla da “Manganese Bronze” iflasa uğramaqdan və əməkdaşların ixtisar etməkdən qurtulub. London şəhərin meri Boris Conson bu xəbəri belə şərh edib: “Mən bu xəbərə görə çox şadam. Şəhərimiz üçün ətraf mühitə az zərər verən və ucuz taksilər lazımdır”.

Qeyd edək ki, məşhur TX4 markalı taksiləri istehsal edən “Manganese Bronze” 2007-ci ildən bəri gəlir gətirmir. 2006-cı ildə çinlilər şirkətin səhmlərin 23%-nə sahib çıxıblar. Lakin dünya maliyyə böhranı səbəbindən onun gəlirləri kəskin azalıb, işçilərin üçdə biri işdən azad olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR