“Qarabağ” “Anderlext”in futbolçusunu transfer edib

“Qarabağ” “Anderlext”in futbolçusunu transfer edib
# 06 fevral 2013 12:45 (UTC +04:00)

Bakı-APA. “Qarabağ” qış fasiləsində 4-cü transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Ağdam klubu Kristian Torres, Elvin Musazadə və Branimir Subaşiçin ardınca braziliyalı futbolçu Reynaldo Dos Santos Silvanın keçidini rəsmiləşdirib. Onunla 3 illik müqavilə imzalanıb.

Belçikanın ən məşhur klubu olan “Anderlext”dən gələn, qısaca Reynaldo adlanan legioner 1989-cu il təvəllüdlüdür. Ön xəttdə universal oyunu ilə seçilən braziliyalı 19 yaşında “Anderlext”ə transfer olunub. Son 2 mövsümdə Belçikanın yüksək liqasında “Serkl Brügge” və “Vesterlo”da çıxış edən Reynaldo parlaq çıxış ilə yadda qalaraq, birincilərin bombardiri olub. O, bu mövsüm yenidən “Anderlext”ə qayıtmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR