Moskva-Bakı aviareysində yaranmış ləngimə aradan qalxıb

Moskva-Bakı aviareysində yaranmış ləngimə aradan qalxıb
# 29 noyabr 2012 07:00 (UTC +04:00)

Qeyd edək ki, ötən gün güclü qar yağması nəticəsində Moskvanın «Domodedovo» aeroportundan 73 aviareys, o cümlədən Sankt-Peterburq, Bakı, Minsk və Novosibirsk şəhərlərinə reyslər ləngiyib. Sonradan təyyarələrin bir hissəsi ləngimə ilə olsa da havaya qalxıb. Nəticədə, «AZAL»ın məlumat bürosundan «APA-Economics»ə verilən məlumata görə, Moskva (Domodedovo)-Bakı (J2 853 reysi) marşrutu ilə uçan təyyarə Bakıya nəzərdə tutulduğu kimi gecə saat 02:05-də deyil, səhər saat 05:00-da enib. Məlumat bürosunun məlumatına görə, artıq ləngimə aradan qaldırılıb və bu gün saat 10:40-da Bakı-Moskva (Domodedovo) reysi (J2 852) ilə uçan təyyarənin vaxtında uçacağı gözlənilir.

Qeyd edək ki, Moskvada dünən günortadan başlayan güclü qar yağması nəticəsində yaranmış kəskin hava şəraiti Moskvanın digər aeroportlarından da uçuşlara təsir edib – dünən «Vnukovo» aeroportundan da onlarla reys təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR