Bakıda Fransanın müstəqillik günü qeyd edilib - FOTO

Bakıda Fransanın müstəqillik günü qeyd edilib - <span style="color: red;">FOTO
# 14 iyul 2015 17:26 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, tədbir Azərbaycan və Fransanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, səfirlər, mədəniyyət və ictimai xadimlər iştirak edib.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye qonaqları salamlayaraq Fransa-Azərbayca əlaqələrindən danışıb: “Fransa və Azərbayucan arasında təhsil, mədəniyyət, iqtisadiyyat, siyasət və digər sahələrdə çox yaxşı münasibətlər var.”

Səfir həmçinin Bakı-2015 I Avropa oyunlarının çox böyük uğur olduğunu vurğulayıb: “Azərbaycan Bakı-2015 I Avropa Oyunlarını çox uğurla keçirdi. Fransa Azərbaycana dəstək olaraq oyunlarda böyük - 250 nəfərlik nümayəndə heyyəti ilə təmsil olunub, və 5-ci pilləyə sahib olub”. P. Mönye Tehranın nüvə məsələsinə dair İran və “Altılıq” arasında əldə olunan razılığı, və Almaniya-Fransa komandasının birgə səyi nəticəsində Yunanıstanın avrozonada qalmasını qeyd edərək 2015-ci ili çox məhsuldar adlandırıb.

Daha sonra Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan hökuməti adından Fransız xalqını müstəqillik günü münasibətilə təbrik edib. “Azərbaycan və Fransa rasında münasibətlər bütün sahələrdə, xüsusən də siyasət, iqtisadiyyat,mədəniyyət və təhsil sahəsində çox yaxşı inkişaf edib. İkitərəfli əlaqələri daha da inkişaf etdirmək məqsədilə Azərbaycan və Fransa hökuməti arasında İqtsadi Komissiya və Azərbaycan-Fransa parlamentlər arası işçi qrup fəaliyyət göstərir”. “Biz inanırıq ki, Fransa hökuməti ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Azərbaycanın Ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhvəsini verəcək”, deyə S. Məmmədəliyeva qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR