Avropa Parlamenti özünün bəzi üzvlərinin işğal altındakı Dağlıq Qarabağa səfərinə münasibət bildirib

Avropa Parlamenti özünün bəzi üzvlərinin işğal altındakı Dağlıq Qarabağa səfərinə münasibət bildirib
# 29 aprel 2013 11:43 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. “Dağlıq Qarabağa səfər edən nümayəndə heyəti Avropa Parlamentinin rəsmi nümayəndə heyəti deyil, bu səfər həmin deputatların şəxsi təşəbbüsü olub”. Bunu APA-ya Avropa Parlamentindən bildiriblər.

Bəzi avropalı parlamentarların Azərbaycanın işğal altındakı ərazilərinə səfərini şərh edən AP-nin mətbuat xidmətindəki mənbə deyib ki, bu səfər həmin deputatların şəxsi təşəbbüsü olduğu üçün bu mövzuda sualları da onlara ünvanlamaq lazımdır.

Xatırladaq ki, Avropa Birliyi - Ermənistan parlamentlərarası dostluq qrupunun üzvləri, Avropa Parlamentinin təmsilçiləri Evard Stadler (Avstriya), Kiriakos Triantafilides, Eleni Teoxarus (Kipr), Fransa parlamentinin üzvləri Valeri Buaye və Qi Tessye, belçikalı professor Bernar Kuli Azərbaycanın erməni işğalı altında olan torpaqlarına qanunsuz səfər ediblər. Onlar Xankəndində Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən separatçı rejimin rəhbərliyi ilə görüşüblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR