Mədəniyyət və Turizm Nazirliyində Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüş keçirilib

Mədəniyyət və Turizm Nazirliyində Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüş keçirilib
# 27 avqust 2015 15:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyində Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Gater ilə görüş keçirilib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə mədəniyyət sahəsində bir çox istiqamətlərə dair əməkdaşlıq imkanları müzakirə olunub.

Assad Jose Gater Kolumbiyanın Azərbaycandakı səfirliyi tərəfindən Bakı Müasir İncəsənət Muzeyində Qabriel Qarsiya Markesin anma mərasiminin keçirildiyini bildirib, səfirlik tərəfindən kolumbiyalı yazıçıların bir neçə poemasının Azərbaycan dilinə tərcümə edildiyi qeyd edib.

Nazir iki ölkə arasında kinofilmlərin mübadiləsi təklifini irəli sürüb. Təklifə müvafiq olaraq ispan dilində dublyaj olunmuş on Azərbaycan filminin Kolumbiyada göstərilməsi və Azərbaycan dilində dublyaj olunmuş on Kolumbiya filminin Azərbaycanda göstərilməsi müzakirə olunub.

Daha sonra Assad Jose Gater nazir müavini Nazim Səmədovla görüşüb. Görüşün əsas mövzusu turizm sahəsində əməkdaşlıq imkanlarının inkişafı və BMÜTT-nin Baş Assambleyasının 21-ci sessiyasında əməkdaşlığın gücləndirilməsi məqsədilə müvafiq görüşlərin keçirilməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR