Azərbaycan vətəndaşlığına bərpa və vətəndaşlıqdan çıxma prezidentin səlahiyyətinə verilib

Azərbaycan vətəndaşlığına bərpa və vətəndaşlıqdan çıxma prezidentin səlahiyyətinə verilib
# 30 sentyabr 2015 13:41 (UTC +04:00)

APA-nın məlumatına görə, iclasda bildirilib ki, Prezident tərəfindən təqdim olunan layihəyə əsasən Azərbaycan Respublikası vətəndaşlığına bərpa və vətəndaşlığında çıxma qaydaları dəyişdirilir.

Əlavə və dəyişikliklər layihəsinə əsasən, qanunun 15-ci (Azərbaycan Respublikasının vətəndaşlığına bərpa) və 17-ci (Azərbaycan Respublikasının vətəndaşlığından çıxma) maddələrinə belə bir bənd əlavə edilir: "Azərbaycan Respublikasının vətəndaşlığına bərpa və yaxud vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur”.

Xatırladaq ki, Konstitusiyanın 109-cu maddəsi “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri” adlanır və burada 20-ci bənd Prezidentin səlahiyyətlərində “vətəndaşlıq məsələlərini həll edir” kimi əsas götürülür. Layihədə qanunun 16-cı (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi üçün əsaslar) maddəsinin ikinci hissəsinin (“Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində”) ləğvi də nəzərdə tutulur. Bundan başqa, layihəyə əsasən qanunun 18-ci (Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi) maddəsində qaydalara məhkəmə tərəfindən verilən qərarla itirilməsi qaydaları da əlavə edilir. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR