Gəncədə məcburi köçkünlər uçun salınan şəhərcik avqust ayında təhvil veriləcək - FOTOSESSİYA

Gəncədə məcburi köçkünlər uçun salınan şəhərcik avqust ayında təhvil veriləcək - <span style="color: red;">FOTOSESSİYA
# 11 aprel 2013 14:26 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. “Gəncədə məcburi köçkünlər üçün salınan qəsəbə digər qəsəbələrdən ən böyüyüdür”. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu sözləri baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tikintisi gedən qəsəbəyə baxış keçirərkən bildirib.

Onun sözlərinə görə, Gəncədə salınan şəhərcikdə binalar memarlıq üslubuna görə digərlərindən fərqlənir: “Burada tikintinin keyfiyyəti daha yüksək olacaq. Biz hər bir şəhərciyi təhvil verdikcə həm memarlıq üslubunda, həm də fasadların görünüşündə dəyişikliklər edirik. Mən tapşırıq verdim ki, burada tikilən orta məktəbdə, musiqi məktəbində və mədəniyyət evində milli ornamentlərdən istifadə etsinlər”.

Ə.Həsənovun dediyinə görə, Gəncədə salınan qəsəbədə ilk dəfə olaraq 500 yerlik mədəniyyət evi tikilir ki, bundan əvvəlki şəhərciklərdə belə geniş mədəniyyət evi olmayıb. O, yaxınlıqda yerləşən Alüminium zavodunun ekoloji təhlükə yaratmaması üçün bir sıra tədbirlər görüləcəyini bildirib. Əli Həsənov qəsəbədə tikintini həyata keçirən 15 şirkətin nümayəndələri ilə görüşərək, işlərin sürətlə və keyfiyyətli şəkildə həyata keçirilməsinin zəruri olduğunu bildirib.

Qeyd edək ki, Gəncədə salınan şəhərcikdə 25 ədəd 5 mərtəbəli yaşayış binası, 1200 yerlik orta məktəb binası, 280 yerlik uşaq bağçası, inzibati bina, musiqi məktəbi, həkim məntəqəsi və yanğın deposu tikilir. Şəhərciyin avqust ayında istifadəyə verilməsi planlaşdırılır.

Gəncədə ümumi sayı 20 min nəfər olmaqla 5 min məcburi köçkün ailəsi var. Onların 70%-i şəhərdəki yataqxanalarda məskunlaşıb. Ailələrdən 1800-ü tələbə yataqxanalarında yaşayır ki, ilk mərhələdə yeni salınana şəhərciyə 1500 ailə köçürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR