Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət növlərinin sayı artırılıb

Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət növlərinin sayı artırılıb
# 05 avqust 2014 07:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında” qərarına dəyişikliklər edib. APA-nın məlumatına görə, dəyişiklik Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət növlərinin sayının artırılması ilə bağlıdır.

Dəyişikliyə əsasən bundan sonda Əmlak Məsələləri Dövlət Komitəsi başa çatdırılmamış tikililər kimi özəlləşdirilən obyektlərin, yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş istifadədə olmayan qeyri-yaşayış sahələrinin, kiçik müəssisələrin (obyektlərin) hərracda satışına dair sifarişlərin qəbulunu və orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin pul hərraclarında satışına dair sifarişlərin qəbulunu elektron qaydada həyata keçirəcək. Eyni zamanda mülkiyyətçinin arzusu ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlaka dair texniki sənədlərin (pasportun və plan ölçüsünün) tərtib edilməsi üçün müraciətin və sənədlərin qəbulu da elektron qaydada həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR