Quba sakini əmisi oğlunu bıçaqlayıb

Quba sakini əmisi oğlunu bıçaqlayıb
# 11 noyabr 2014 11:25 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1983-cü il təvəllüdlü, Quba rayonunun Qəşrəş kənd sakini Hacıyev Anar Qurbanəli oğlu ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona boyun nahiyəsindən kəsici alətlə xəsarət yetirildiyi müəyyən olunub. Əməliyyat olunan A. Hacıyevin vəziyyətinin ağır olduğu bildirilir.

Quba rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəsini zərərçəkənin əmisi oğlu, 1983-cü il təvəllüdlü Qəşrəş kənd sakini Hacıyev Amil Güləli oğlu tərəfindən törədildiyi məlum olub. Hadisə tərəflər arasında torpaq üstündə yaranan mübahisə zamanı baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən A. Hacıyev saxlanılıb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR