TUSİAB-da Azərbaycan-Makedoniya işgüzar forumu keçirilib

TUSİAB-da Azərbaycan-Makedoniya işgüzar forumu keçirilib
# 29 aprel 2015 15:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Azərbaycan-Türk sənayeçiləri və iş adamları beynəlxalq cəmiyyətində (TUSİAB) Azərbaycan-Makedoniya işgüzar forumu keçirilib.

APA-Economics”in verdiyi xəbərə görə, tədbirdə çıxış edən TUSİAB sədri Yavuz Kələş cəmiyyət haqqında məlumat verərək bildirib ki, qurum 1994-cü ildə təsis edilib və 300-dən artıq şirkəti özündə birləşdirir.

“Bu gün qurumda təmsil olunan şirkətlər tərəfindən Azərbaycana 15 milyard dollar dəyərində yatırım edilib. Qurum ümumilikdə 16 mindən artıq işçisi olan şirkətlərlə təmsil olunur”, - deyə Y. Kələş bildirib.

Daha sonra çıxış edən Makedoniya prezidenti Georgi İvanov bildirib ki, son 3 ayda azərbaycanlı həmkarı İlham Əliyevlə iki dəfə görüşüb.

“Bu gün biznes əlaqələrini və iki ölkə arasında ticarət dövriyyəsini genişləndirməliyik və çalışmalıyıq ki, bu əlaqələr öz bəhrəsini versin”, - deyə prezident bildirib.

G. İvanov bu gün azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdüyünü xatırladaraq onu Makedoniyaya səfərə dəvət etdiyini bildirib. “Ümid edirik ki, bu səfər çərçivəsində Makedoniya-Azərbaycan biznes forumu keçiriləcək”, - deyə prezident bildirib.

G. İvanov azərbaycanlı iş adamlarını Makedoniya iqtisadiyyatına investisiya yatırmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR