Qusarda fərdi evdə yanğın olub

Qusarda fərdi evdə yanğın olub
# 21 iyul 2015 18:30 (UTC +04:00)

Bakı-APA. Qusarda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qusar rayonu, Həzrə kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və birinci mərtəbəsinə yığılmış 7,5 ot bağlaması yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR