Səhiyyə naziri Xaçmazda vətəndaşları qəbul edib

Səhiyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
# 29 avqust 2014 15:37 (UTC +04:00)

Bakı - APA. Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında Quba, Qusar, Şabran və Xaçmaz rayon sakinlərini qəbul edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul zamanı səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandırılıb.

Qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn 30-a yaxın vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR