Abşeron rayonunda beşotaqlı ev yanıb

Abşeron rayonunda beşotaqlı ev yanıb
# 18 noyabr 2015 22:30 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 5 otaqlı kürsülü evin yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR