Misirdə iki avtobus toqquşub: 33 nəfər ölüb, 44 nəfər yaralanıb

Misirdə iki avtobus toqquşub: 33 nəfər ölüb, 44 nəfər yaralanıb
# 22 avqust 2014 07:53 (UTC +04:00)

APA-nın MENA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Misirin Sina yarımadasının cənubunda baş verib.

İki avtobusun toqquşması nəticəsində 33 nəfər həlak olub, 44 nəfər ağır xəsarət alıb.

Həkimlərin verdiyi məlumata görə, bəzi yaralıların vəziyyəti çox ağırdır. Bu səbəbdən ölənlərin artacağı bildirilir. Qəza gecə saatlarında Şarm əl-Şeyx şəhərindən 50 km məsafədə qeydə alınıb.

Qəzaya düşənlər arasında Rusiya, Səudiyyə Ərəbistanı və Yəmən vətəndaşları da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR