İndiyədək “Şahdəniz-2” layihəsi üçün 12 milyard dollar xərclənib

İndiyədək “Şahdəniz-2” layihəsi üçün 12 milyard dollar xərclənib
# 28 iyun 2016 15:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Şahdəniz-2” layihəsi üzrə işlər uğurla davam etdirilir və qrafik üzrə irəliləyir.

APA-Economics”in məlumata görə, bunu bu gün SOCAR rəhbərliyinin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşündə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, bu ilin aprel 30-na layihədə nəzərdə tutulan 26 quyudan 9-u qazılıb. O bildirib ki aprel ayında ilk qazın hasilatı üzrə görüləcək işlərin səviyyəsi qrafikdən 2,5% irəlidədir: ”Layihə üzrə ümumi işlərin 74,2% həcmində yerinə yetirilib. Baxmayaraq ki, burada plan 71,7% təşkil edir”.

V. Əliyev deyib ki, 2014-2020-ci illər üzrə “Şahdəniz-2” layihəsinin ümumi kapital xərcləri inflyasiya nəzərə alınmaqla 24 milyard dollar edir ki, bu məbləğin artıq 12 milyard dolları istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR