Azərbaycanda keçmiş prezident və ya onun arvadı (əri) barəsində cinayət işi üzrə ibtidai istintaqı yalnız prokurorluq apara biləcək

Azərbaycanda keçmiş prezident və ya onun arvadı (əri) barəsində cinayət işi üzrə ibtidai istintaqı yalnız prokurorluq apara biləcək
# 01 may 2013 14:42 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan prezidentinin bəzi statuslarının keçmiş prezident və ya onun arvadına (ərinə) şamil edilməsi ilə bağlı Azərbaycanın Cinayət-Prosessual Məcəlləsinə əlavələr olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı məcəllənin 11.3, 209.2.13 və 215.3.2 maddələrinə əlavələr təklif edilir.

Əlavələrə görə, Azərbaycan prezidenti üçün nəzərdə tutulduğu kimi, keçmiş prezidentin və ya onun arvadının (ərinə) da həyatına sui-qəsd edildikdə, cinayət işinin dərhal başlanması təsbit olunur. Digər əlavəyə görə isə, Azərbaycan prezidenti üçün nəzərdə tutulduğu kimi, keçmiş prezident və ya onun arvadının (ərinin) da təqsirləndirilməsi ilə bağlı cinayət işləri üzrə ibtidai istintaqı yalnız prokurorluq apara biləcək.

Layihə artıq Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR